Yuxarı
    Bağlamaq

    Aİ ilə Azərbaycan arasında imzalanacaq yeni əməkdaşlıq müqaviləsi Brüsseldə müzakirə olunub

    Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.

    “Report”un məlumatına görə, nümayəndə heyətinin ilk görüşü Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə baş tutub.

    Görüşdə Cənubi Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub, Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanan yeni əməkdaşlıq müqaviləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Görüşdə Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov və Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Babək Ağayev iştirak ediblər.

    Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir.

    Qeyd edək ki, Milli Məclisin nümayəndə heyəti Brüsselə Avropa Parlamentinin dəvəti ilə gedib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi