Yuxarı
    Bağlamaq

    ​Aİ-də "Şərq tərəfdaşlığı" ölkələrində qurumun siyasətini işıqlandırmaq məqsədilə qrup yaradılıb

    Qrupun tərkibinə Aİ qurumlarında çalışan 10 əməkdaş və üzv ölkələrdən ekspertlər daxildir

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Aİ "Şərq tərəfdaşlığı" ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) qurumun siyasətinin obyektiv işıqlandırılması və məlumatların təhrif olunmadan düzgün çatdırılması məqsədilə fəaliyyətə başlayıb.

    "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat verib.

    Mart ayında keçirilən Aİ sammitinin yekunlarına uyğun olaraq ittifaqın Xarici Siyasət Xidməti çərçivəsində "Şərq tərəfdaşlığı" ölkələrində Aİ siyasətinin işıqlandırılması üçün strateji kommunikasiya işçi qrupu yaradılıb. Komanda bu aydan etibarən tam fəaliyyətə başlayacaq", - xidmətdən bildirilib.

    Qrupun tərkibinə Aİ qurumlarında çalışan 10 əməkdaş və üzv ölkələrdən ekspertlər daxildir.

    "İşçi qrupu kütləvi informasiya vasitələrinin monitorinqini həyata keçirəcək və regionda Avropa İttifaqının siyasətinin obyektiv və aydın şəkildə çatdırılmasına yönəlmiş rabitə vasitələri, həmçinin kampaniyaların inkişafı üzrə işlər görəcək", - qurumdan deyilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi