AİDA rəhbəri Çada səfər edib

AİDA rəhbəri Çada səfər edib Səfərə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı başçılıq edir
Xarici siyasət
21 Noyabr , 2014 11:17
AİDA rəhbəri Çada səfər edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) tərəfindən 17-21 noyabr tarixlərdə donor ölkələrinin nümayəndələri üçün Çada təşkil olunan səfərdə iştirak edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı tərəfindən başçılıq edilir.

Səfərdə əsas məqsəd Çadda davam edən humanitar vəziyyətlə tanışlıq və ölkəyə göstərilən yardımların əlaqələndirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Dünyanın aparıcı ənənəvi və yeni donor ölkələri, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi proqram çərçivəsində Çadın yüksək dövlət və hökumət rəsmiləri, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi