AİDA rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna üzv təyin edilib

AİDA rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna üzv təyin edilib Qrupun üzvləri BMT baş katibi Pan Gi mun tərəfindən üç il müddətinə təyin edilir
Xarici siyasət
28 Sentyabr , 2015 18:43
AİDA rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna üzv təyin edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevi bu qurumun Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (Central Emergency Response Fund /CERF/) Məşvərət Qrupuna üzv təyin edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefen Obraynın rəhbərliyi altında fəaliyyət göstərən CERF-in əsas vəzifələrinə dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların dərhal aradan qaldırılması üçün ziyan dəymiş ölkələrə təcili yardımların göstərilməsi daxildir. CERF-in Məşvərət Qrupu isə fondun strateji məqsədlərinin müəyyən edilməsi, vəsaitlərin sərfinə nəzarət, eləcə də fondun idarəedilməsi ilə bağlı digər əlaqədar məsələlərdə BMT baş katibinə məsləhət vermə səlahiyyətlərinə malikdir. Qrupun üzvləri BMT baş katibi Pan Gi mun tərəfindən üç il müddətinə təyin edilir.

CERF-in Məşvərət Qrupuna XIN-nin AİDA Agentliyinin rəhbərinin təyin edilməsi fövqəladə hallarla üzləşən dünya ölkələrinə göstərilən humanitar yardım əməliyyatlarında Azərbaycan Respublikasının yaxından iştirakının və verdiyi töhfələrinin təzahürü olaraq yeni donor ölkəsi kimi beynəlxalq arenada daha da artan nüfuzunun göstəricisidir.

Son xəbərlər

Orphus sistemi