AİDA direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb

AİDA direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb Görüşdə Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə fikir mübadiləsi aparılıb
Xarici siyasət
14 Aprel , 2017 16:12
AİDA direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev Cibutinin səhiyyə naziri Cama Elmi Okiehi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ə.Şıxəliyev AİDA-nın İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası haqqında məlumat verib. 

Tərəflər bu kampaniyanın Cibuti üçün əhəmiyyəti və Azərbaycanın töhfəsinin artırılmasına dair müzakirələr aparıblar. Bununla yanaşı, görüş çərçivəsində Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi