Aİ Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə yeni proqramı elan edib

Aİ Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə yeni proqramı elan edib Ştefan Füle Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
Xarici siyasət
9 Sentyabr , 2014 11:03
Aİ Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə yeni proqramı elan edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Report Aİ mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti, onun hakimiyyət orqanları ilə qarşılıqlı əlaqəsi haqqında fikir mübadiləsi aparılıb. 

Komissar Ş.Füle Azərbaycanın vətəndaş cəmiyyətinin ölkədə demokratik islahatların keçirilməsi və dəstəklənməsində əhəmiyyətli rolunu qeyd edib. Bununla əlaqədar Ş.Füle Avropa Komissiyası tərəfindən təsdiqlənmiş və Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin dəstəklənməsinə yönələn yeni proqramın başlandığını elan edib. Belə ki,  2014-2015-ci illərdə Avropa İttifaqı demokratiya, insan hüquqları və fundamental azadlıqların qorunması sahəsində vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə 3 mln. avro vəsait ayıracaq. 

Son xəbərlər

Orphus sistemi