Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib Yunanıstanın paytaxtı Afina şəhərində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “20 Yanvar - Azərbaycanın müstəqillik mübarizəsinin dönüm nöqtəsi” adlı konfrans keçirilib.
Xarici siyasət
21 Yanvar , 2020 19:50
Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Yunanıstanın paytaxtı Afina şəhərində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “20 Yanvar - Azərbaycanın müstəqillik mübarizəsinin dönüm nöqtəsi” adlı konfrans keçirilib.

Azərbaycanın Yunanıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir səfirlik və Afinada fəaliyyət göstərən Webster Universiteti tərəfindən təşkil olunub.

Konfransda universitetin prorektoru xanım Susie Mixalidis, Yunanıstan Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Evangelos Venetis, müdafiə və təhlükəsizlik məsələləri üzrə tədqiqatçı ekspert Anastasios Drouqos çıxış edərək 20-ci əsrin son rübündə ölkəmizin yerləşdiyi regionda baş verən tarixi-siyasi hadisələr, Azərbaycan xalqının müstəqilliyini bərpa etmək uğrunda mübarizəsi və bu yolda verilən qurbanlar, müstəqil Azərbaycan Respublikasının müasir beynəlxalq və regional münasibətlər sistemində tutduğu mühüm mövqe haqqında məlumat veriblər.

Azərbaycanın Yunanıstandakı səfiri A.Hüseynov çıxışında ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yenidən qaldırması və 1990-cı ilin Yanvar hadisələrinə aparan digər ictimai-siyasi hadisələr haqqında məlumat verib, 20 Yanvar faciəsinin həm də xalqımızın azadlıq mübarizəsi yolunda qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. 20 Yanvar qırğını ilə bağlı Azərbaycanın etiraz səsinin ucaldılmasında və faciəyə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayan diplomat həmçinin müstəqillik əldə etdikdən sonra ölkəmizin keçdiyi inkişaf yolu və əldə edilən nailiyyətlər haqqında iştirakçılara məlumat verib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi