Acarıstanın hökumət başçısı: “Azərbaycanla əməkdaşlıq fəal inkişaf edir”

Acarıstanın hökumət başçısı: “Azərbaycanla əməkdaşlıq fəal inkişaf edir” “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ölkələr arasında təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlıq fəal inkişaf edir”.
Xarici siyasət
558
1 Sentyabr , 2020 22:21
Acarıstanın hökumət başçısı: “Azərbaycanla əməkdaşlıq fəal inkişaf edir”

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ölkələr arasında təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlıq fəal inkişaf edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla keçirdiyi vida görüşündə bildirib.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın önəmini qeyd ediblər.

T.Rijvadze azərbaycanlı səfirə ölkələr arasındakı münasibətlərin inkişafındakı xidmətlərinə görə təşəkkür edib. O, D.Həsənova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə də iştirak edib.

Son xəbərlər

Orphus sistemi