Abxaziyanın hökumət başçısı Azərbaycanı qələbə münasibətilə təbrik edib

Abxaziyanın hökumət başçısı Azərbaycanı qələbə münasibətilə təbrik edib Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikasının hökumət başçısı Ruslan Abaşidzeni qəbul edib.
Xarici siyasət
1566
11 Noyabr , 2020 17:49
Abxaziyanın hökumət başçısı Azərbaycanı qələbə münasibətilə təbrik edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikasının hökumət başçısı Ruslan Abaşidzeni qəbul edib.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

F.Quliyev görüşün tarixi günlərdə baş tutmasını rəmzi xarakter daşıdığını diqqətə çatdırıb. O, təqribən 30 il ərzində davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini bildirib.

Səfir Azərbaycanla Gürcüstan arasında uğurla inkişaf edən qarşılıqlı faydalı münasibətlərin bütün Cənubi Qafqaz bölgəsinin sabitlik, təhlükəsizlik və hərtərəfli inkişafı baxımından vacib rol oynaması qeyd edib. Ölkələrimizin qarşılıqlı əsasda bir-birinin suverenliyi, ərazi bütövlüyünün dəstəkləməsi və beynəlxalq müstəvidə həmrəylik göstərməsi də mühüm amil kimi önə çəkilib.

R.Abaşidze, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində əldə etdiyi son tarixi qələbəsi ilə ürəkdən təbrik edib. Abxaziya bölgəsindən olan məcburi köçkünlərin vəziyyəti və münaqişə ətrafında hazırkı durumu barədə bəhs edən hökumət başçısı bu istiqamətdə görülən işlər barədə ümumi məlumat verib. O, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında bərqərar olunmuş əməkdaşlıq formatının da əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi