ABŞ və Böyük Britaniya səfirləri Emin Hüseynovla görüşüblər

ABŞ və Böyük Britaniya səfirləri Emin Hüseynovla görüşüblər ABŞ səfiri Litzenberger və səfir Şarp Ağdama səfər ediblər. Onlar Emin Hüseynovla görüşüb, Ağdam şəhərinin vəziyyəti ilə yaxından tanış olublar. Səfir insan ölümləri ilə bağlı başsağlığı verib və yenidənqurulmada qarşıya çıxan çətinlikləri qeyd edib.
Xarici siyasət
2 Dekabr , 2021 12:55
ABŞ və Böyük Britaniya səfirləri Emin Hüseynovla görüşüblər

ABŞ səfiri Örl Litzenberger və səfir Şarp Ağdama səfər ediblər.

"Report" xəbər verir ki, bu barədə məlumatı ABŞ səfirliyi yayıb.

Bildirilib ki, onlar Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmək və şəhərin vəziyyəti ilə yaxından tanış olmaq üçün Ağdama səfər ediblər. Səfir hər 2 tərəfdən insan itkiləri ilə bağlı ailələrə başsağlığı verib və ərazinin bərpası üçün Azərbaycanın çətinliklərlə üzləşdiyini deyib.

Son xəbərlər

Orphus sistemi