ABŞ universitetində həmsədr: "Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir"

ABŞ universitetində həmsədr: "Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir" "Ermənistan anlamalıdır ki, onun gələcəyi Fransa və Avropadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir".
Xarici siyasət
5 dekabr 2023 08:20
ABŞ universitetində həmsədr: Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir

ABŞ-nin Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişə Tədqiqatları Kafedrasının həmsədri Əli Əsgərov bəyan edib ki, Ermənistan gələcəyinin Fransa və Avropadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyini anlamalıdır.

"Report" xəbər verir ki, Əli Əsgərov bunu "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

O bildirib ki, Ermənistana qayıdacaq azərbaycanlıların həyatı asan olmayacaq. Sadəcə, hər şeyin düzəlməsinə vaxt lazımdır.

"Oraya qayıdacaq azərbaycanlıların təhlükəsizliyi təmin edilməlidir. Azərbaycanlılara yazılı sənəd şəklində təhlükəsizliklərinə təminat verilməlidir. İkinci məsələ mülkiyyət hüququdur. Bu məsələ necə tənzimlənəcək? Onların mülkləri geri qaytarılmalıdır. Siyasi iştirakçılıq da vacib məsələlərdəndir. Onlar yalnız kənd təsərrüfatı ilə məşğul olmalı deyillər. Azərbaycanlıların seçmək və seçilmək hüquqları olmalıdır. Bu hüquqlar sənədlərdə öz əksini tapmalıdır", - Ə.Əsgərov deyib.

Həmsədr vurğulayıb ki, ana dilində təhsil məsələsi də önəmlidir.

"İrəvanda vaxtilə Azərbaycan dilində tədris mərkəzləri olub, ancaq onları ermənilər bağlayıblar. Bu məktəblərin fəaliyyəti bərpa edilməlidir. Həmçinin, onların mətbuata sərbəst çıxışları təmin edilməlidir. Senzurasız mətbu orqanlar fəaliyyət göstərməlidir. Ermənistanda məskunlaşacaq azərbaycanlılara qarşı ayrı-seçkilik olmamalıdır. Ermənilər düşünürlər ki, bunlar baş versə, onlar itirəcəklər. Ancaq əksinə, onlar qazanacaqlar. Ermənistan hüquq sistemində islahat aparmalıdır", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi