ABŞ Azərbaycanın üç erməni hərbçisini qaytarmasını alqışlayıb

ABŞ Azərbaycanın üç erməni hərbçisini qaytarmasını alqışlayıb Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, üç erməni hərbçisi sərbəst buraxılıb
Xarici siyasət
5 May , 2021 17:13
ABŞ Azərbaycanın üç erməni hərbçisini qaytarmasını alqışlayıb
Entoni Blinken

ABŞ üç erməni hərbçisinin Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin tvitterdəki paylaşımında deyilir.

“Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – ABŞ dövlət katibinin açıqlamasında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda tərk-silah edilmiş üç erməni hərbçisi geri qaytarılıb və Yerevana göndərilib.

Son xəbərlər

Orphus sistemi