ABŞ səfirliyi gənc məcburi köçkünlərlə bağlı layihə həyata keçirib

ABŞ səfirliyi gənc məcburi köçkünlərlə bağlı layihə həyata keçirib Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi Vətəndaş cəmiyyətində iştirak üçün gənc məcburi köçkünlərin bacarıqlarının gücləndirilməsi layihəsi başa çatıb. 
Xarici siyasət
31 Yanvar , 2018 15:38
ABŞ səfirliyi gənc məcburi köçkünlərlə bağlı layihə həyata keçirib

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi "Vətəndaş cəmiyyətində iştirak üçün gənc məcburi köçkünlərin bacarıqlarının gücləndirilməsi" layihəsi başa çatıb. 

Səfirlikdən "Report"a verilən məlumata görə, layihə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə həyata keçirilib. 

Layihəyə 2017-ci ilin noyabrında start verilib, Tərtər, Bərdə və Ağdam rayonları üzrə 75-dən çox gənc məcburi köçkün cəlb edilib. Layihələr sosial məsələlər - narkotik  maddələrdən istifadəyə qarşı və ətraf mühitin qorunması ilə bağlı ictimai məlumatlılığı, gənclərin peşə və həyat təcrübələrini artırmaqla yanaşı, məcburi köçkünlərin istedadlarını nümayiş etdirməsinə vəsilə olub. 

Son xəbərlər

Orphus sistemi