ABŞ səfirliyi: Azərbaycanda viza prosedurları ilə bağlı heç bir dəyişiklik olmayıb

ABŞ səfirliyi: Azərbaycanda viza prosedurları ilə bağlı heç bir dəyişiklik olmayıb "ABŞ səfirliyi bu məlumatın yalan olduğunu təsdiq edə bilər"
Xarici siyasət
30 Mart , 2017 10:05
ABŞ səfirliyi: Azərbaycanda viza prosedurları ilə bağlı heç bir dəyişiklik olmayıb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan vətəndaşları üçün ABŞ-a getmək üçün viza alınması prosedurunda heç bir dəyişiklik olmayıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən ABŞ prezidenti Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğvi haqqında sərəncam imzalamasıyla bağlı xarici sayta istinadən sosial şəbəkələrdə yayılmış informasiyanı şərh edərkən bildiriblər.

"ABŞ səfirliyi bu məlumatın yalan olduğunu təsdiq edə bilər. Azərbaycanda viza alınması prosedurlarında heç bir dəyişiklik baş verməyib", - səfirlikdən vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi