ABŞ səfirliyi: Azərbaycan sərhədlərin etibarlı qorunması baxımından mühüm ölkədir

ABŞ səfirliyi: Azərbaycan sərhədlərin etibarlı qorunması baxımından mühüm ölkədir "25 illik əməkdaşlıq ərzində ABŞ Azərbaycan dövlətçiliyi və rifahının inkişafını dəstəkləyib və dəstəkləməkdə davam edir"
Xarici siyasət
24 İyul , 2017 10:57
ABŞ səfirliyi: Azərbaycan sərhədlərin etibarlı qorunması baxımından mühüm ölkədir
Report.az

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan yük daşınması sahəsində və sərhədlərin etibarlı qorunması baxımından mühüm ölkədir.

 "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşavir Uilyam Solley "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin ikinci nəşrinin təqdimatı ilə bağlı tədbirdə deyib.

Uilyam Solley qeyd edib ki, 25-illik əməkdaşlıq ərzində ABŞ Azərbaycan dövlətçiliyi və rifahının inkişafını dəstəkləyib və dəstəkləməkdə davam edir. Onun sözlərinə görə, on minlərlə azərbaycanlı ABŞ-ın humanitar yardımından yararlanıblar.

O, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilən layihə çərçivəsində "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin dərc olunmasının əhəmiyyətini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi