ABŞ səfirliyi Azərbaycan məmurlarına sanksiyaların tətbiq olunması iddialarına münasibət bildirib

ABŞ səfirliyi Azərbaycan məmurlarına sanksiyaların tətbiq olunması iddialarına münasibət bildirib "Bu barədə bəzi KİV-lər xəbərlər yayıb"
Xarici siyasət
12 Yanvar , 2015 16:15
ABŞ səfirliyi Azərbaycan məmurlarına sanksiyaların tətbiq olunması iddialarına münasibət bildirib

Bakı. 12 yanvar. REPORT. AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan məmurları barəsində sanksiyaların tətbiqi haqqında bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib. Səfirlikdən "Report"a bildiriblər ki, bununla bağlı KİV-lərdə yayılan məlumat həqiqətəuyğun deyil.

"ABŞ Azərbaycana qarşı sanksiya tətbiq etməyib", - səfirlikdən qeyd ediblər.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən isə bu məlumatı şərh etməyiblər. 

Xatırladaq ki, Azərbaycanın bəzi sıra kütləvi informasiya vasitələrində Avropa Birliyi və ABŞ Dövlət Departamentinin Azərbaycanın bir sıra məmurları barəsində sanksiyaların tətbiqi haqqında ilkin razılığa gəldiklərinə dair məlumat dərc olunub. Məlumatda iddia olunub ki, sanksiya siyahısına 31 nəfər daxil edilib, onların arasında bəzi hakim və prokurorların da adları var.   

Son xəbərlər

Orphus sistemi