ABŞ səfirliyi Azərbaycan hökumətinin addımlarını alqışlayıb

ABŞ səfirliyi Azərbaycan hökumətinin addımlarını alqışlayıb Səfirlik bəyanat yayıb
Xarici siyasət
12 Avqust , 2015 13:05
ABŞ səfirliyi Azərbaycan hökumətinin addımlarını alqışlayıb

Bakı. 12 avqust. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi Ann.az saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. “Report” xəbər verir ki, bəyanatda səfirlik R.Əliyevin ailəsinə başsağlığı verib. “ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərini bölüşür. Biz Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq”, - bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi