ABŞ səfirinin Şəkiyə ikigünlük səfəri başa çatıb - FOTO

ABŞ səfirinin Şəkiyə ikigünlük səfəri başa çatıb - FOTO Robert Sekuta Şəkinin tarixi məkanları ilə tanış olub
Xarici siyasət
22 Sentyabr , 2015 20:11
ABŞ səfirinin Şəkiyə ikigünlük səfəri başa çatıb - FOTO

Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ səfiri Robert Sekutanın Şəkiyə ikigünlük səfəri başa çatıb. "Report" xəbər verir ki, Azərbaycanın qədim mədəniyyət və tarixi mərkəzlərindən sayılan Şəki ilə tanışlığın ikinci günündə amerikalı səfir "Şəki İpək" Kombinatı Açıq Səhmdar Cəmiyyəti, şirniyyat sexləri, "Çingiz Mustafayev adına Klub" və sonda Qafqazın ən qədim məbədi Kiş alban məbədi ilə yaxından tanış olub. Səfirə halva, Şəki ipəyi və ən qədim Qafqaz abidəsi haqqında geniş məlumat verilib.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra ABŞ-ın Azərbaycandakı səfiri Şəkiyə olan ikigünlük səfərini tamamlayıb. Səfər zamanı səfirə Şəkinin tarixi ilə yanaşı, müasir infrsturukturu, burada həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi