ABŞ səfirliyinin müşaviri: "Azərbaycanda ingilis dilinin tədrisi üçün dəstək göstərməyə hazırıq"

ABŞ səfirliyinin müşaviri: "Azərbaycanda ingilis dilinin tədrisi üçün dəstək göstərməyə hazırıq" "Azərbaycanda ingilis dilinin tədrisi üçün əlimizdən gələn dəstəyi göstərməyə hazırıq".
Xarici siyasət
13 dekabr 2022 14:45
ABŞ səfirliyinin müşaviri: Azərbaycanda ingilis dilinin tədrisi üçün dəstək göstərməyə hazırıq

"Azərbaycanda ingilis dilinin tədrisi üçün əlimizdən gələn dəstəyi göstərməyə hazırıq".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Hacı Gəncədə aztəminatlı icmalar üçün ingilis dili proqramının açılışı mərasimində bildirib.

"Azərbaycanlı şagirdlərin ingilis dilini öyrənmələri üçün layihə həyata keçiririk. Ümid edirəm ki, bu proqramlar gələcəkdə də təşkil olunacaq. Onlar ingilis dilini öyrənməklə yanaşı, xarici ölkələrdə, o cümlədən Amerikada təhsil almaq şansı qazanırlar", - ABŞ səfirliyinin müşaviri deyib.

Qeyd edək ki, 2018-ci ildən ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən aztəminatlı icmalar üçün ingilis dili proqramı Azərbaycanın bir sıra regionlarında 500-ə yaxın tələbənin dil biliklərini təkmilləşdirib. Bu il proqram Gəncə, Astara və Şəki şəhərlərində aztəminatlı icmalarda yaşayan 12-17 yaşlı 120 tələbəyə kommunikativ tədris metodlarına əsaslanan, tələbələrin danışıq və anlama bacarıqlarının artırılmasına diqqət yetirən yüksək keyfiyyətli ingilis dili tədrisi verəcək.

Son xəbərlər

Orphus sistemi