ABŞ səfiri: "Təkrar faciələrin qarşısını almaq üçün barışığa səy göstərmək lazımdır"

ABŞ səfiri: "Təkrar faciələrin qarşısını almaq üçün barışığa səy göstərmək lazımdır" Robert Sekuta "Xocalı anım qrupu"nun üzvləri ilə görüşüb
Xarici siyasət
8 Fevral , 2016 16:33
ABŞ səfiri: Təkrar faciələrin qarşısını almaq üçün barışığa səy göstərmək lazımdır

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Xocalı anım qrupu"nun üzvləri ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat faciə haqqında fikirləri eşitmək üçün belə bir görüş keçirib.

ABŞ səfiri qeyd edib ki, keçmiş faciələr yad olunmalıdır və təkrar faciələrin qarşısını almaq üçün barışıq səyləri ilə irəliləmək lazımdı.

R.Sekuta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün tərəflərin addımlar atmaq zərurətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi