ABŞ səfiri Sumqayıtdakı "SOCAR Polymer" zavodunda olub

ABŞ səfiri Sumqayıtdakı "SOCAR Polymer" zavodunda olub Robert Sekuta zavodun ölkə iqtisadiyyatının şaxələnməsinə töhfə verdiyi məhsullarıyla tanış olub
Xarici siyasət
3 Mart , 2016 17:19
ABŞ səfiri Sumqayıtdakı SOCAR Polymer zavodunda olub

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Sumqayıtdakı "SOCAR Polymer" zavodunda olub.

"Report" ABŞ səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir Azərbaycanın sənaye inkişafının ən yeni nailiyyətlərini görmək üçün zavodun fəaliyyəti ilə tanış olub. 

Səfirə "SOCAR Polymer" zavodunun ölkə iqtisadiyyatının şaxələnməsinə töhfə verdiyi məhsulları nümayiş olunub.   

Səfir R.Sekuta "SOCAR Polymer"in Azərbaycanda tikilən yeni zavodunda ABŞ təcrübəsindən və komponentlərindən istifadə edilməsini müsbət qarşılayıb.

Qeyd edək ki, bir gün əvvəl R.Sekuta Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb, bu gün isə Sumqayıtda yerləşən məcburi köçkünlər üçün olan məktəbi ziyarət edib. 

Son xəbərlər

Orphus sistemi