ABŞ səfiri: "Senatın "erməni soyqırımı" ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"

ABŞ səfiri: "Senatın "erməni soyqırımı" ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir" ABŞ Senatı tərəfindən erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir.
Xarici siyasət
13 Dekabr , 2019 11:36
ABŞ səfiri: Senatın erməni soyqırımı ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir

"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

"Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq", - o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb: "Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi