Yuxarı
    Bağlamaq

    ​ABŞ səfiri İlham Əliyevə minnətdarlığını bildirib

    Səfir Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlardakı iştirakını yüksək qiymətləndirib

    Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ Azərbaycan Prezidentinin NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstək məsələsində qanun çərçivəsinin yenilənməsinə görə minnətdarlığını bildirib.

    "Report"un verdiyi məlumata görə, bu barədə jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

    Bu addımı alqışlayan səfir Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlardakı iştirakını yüksək qiymətləndirib.

    Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki ölkə üçün vacibdir: "Bir daha bildirirəm ki, Azərbaycanla güclü və müsbət əlaqələrimiz var və bir sıra məsələlər üzrə onlar davam etdiriləcək".

    Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO-nun Əfqanıstandakı missiyasında iştirakının təmin edilməsinə dair" sazişi təsdiq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi