Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın
"Report"un xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Görüşdə səfir ABŞ-ın dünyada və Azərbaycanda qadınların biznesdə, siyasətdə, ictimayyətdə rolunun gücləndirilməsi səylərindən danışıb.
O, həmçinin ABŞ və Azərbaycanın qadın və uşaqlara qarşı yönələn zorakılığın azaldılması sahəsində birgə tədbirlərin görülməsinin vacib olduğunu deyib.
Robert Sekuta ABŞ-ın 2011-ci ildən bəri Azərbaycanda qadın məsələlərinin həllinə yönəldilməsi məqsədilə 5 milyon dollar vəsait ayırdığını bildirib.