Yuxarı

ABŞ səfiri: "Geniş sülh sazişi üzrə danışıqların aparılması önəmlidir"

Etiraf etməliyik ki, münaqişənin hərbi yolla həlli yoxdur

Bakı. 11 may. REPORT.AZ/ "Tərəfləri bir masa arxasına əyləşmək və geniş sülh sazişi istiqamətində danışıqlar aparmağa çağırırıq. Hesab edirik ki, bu vacibdir."

"Report"un məlumatına görə, bunu jurnalıstlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
"Əlbəttə bizi və münaqişənin nizamlanmasına cəlb olunmuş digər ölkələri mövcud vəziyyət narahat edir. ATƏT-in Minsk qrupunun ölkələri buna görə çox səylə çalışırlar ki, tərəfləri yenidən danışıqlara cəlb etsinlər. Tərəflərinin atəşkəs rejiminə ciddi riayət etməsi vacibdir və qeyd etdiyimiz geniş sülh sazişi üzrə danışıqların aparılması önəmlidir. Etiraf etməliyik ki, münaqişənin hərbi yolla həlli yoxdur", - deyə səfir qeyd edib.
Ermənistanın nüvə silahından istifadə edəcəyinə dair Azərbaycanı təhdid etməsi məsələsinə münasibət bildirən səfir deyib ki, 31 mart - 1 aprel tarixində ABŞ-da IV "Nüvə təhkəsizliyi sammiti" keçirilmişdi və tədbirə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan dəvət edilmişdilər: "Sammitdə ABŞ prezidenti Barak Obamanın diqqət yetirdiyi məqam kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması idi. Birləşmiş Ştatlar olaraq biz nüvə silahlarının və kütləvi qırğın silahlarının yayılmasına qəti şəkildə qarşı çıxırıq. ABŞ-da nüvə sammitinin keçirilməsi ölkənin rəsmi surətdə nüvə silahının harada olmasından asılı olmayaraq ona qarşı çıxması deməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi