ABŞ-ın Azərbaycandakı səfiri: "Əməkdaşlığımızın bütün aspektlərinin gücləndirilməsi naminə çalışacağam"

ABŞ-ın Azərbaycandakı səfiri: "Əməkdaşlığımızın bütün aspektlərinin gücləndirilməsi naminə çalışacağam" Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir.
Xarici siyasət
6 Mart , 2019 17:28
ABŞ-ın Azərbaycandakı səfiri: Əməkdaşlığımızın bütün aspektlərinin gücləndirilməsi naminə çalışacağam

Bakı. 6 mart. REPORT.AZ/ "ABŞ-ın Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litsenberger deyib.

"Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda və Serbiyada çalışmışam. İndi isə Azərbaycana gəlməyimdən çox məmnunam", - Ö.Litsenberger bildirib.

"ABŞ və Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz 25 ildən çoxdur təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi mühüm sahələrdə əməkdaşlıq edir. ABŞ-ın Azərbaycandakı səfiri kimi ikitərəfli əməkdaşlığımızın bütün aspektlərini gücləndirməyə davam etmək naminə çalışacağam", - səfir söyləyib.

O, tezliklə Azərbaycana gələcəyini bildirib.

Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.

Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.

Son xəbərlər

Orphus sistemi