Yuxarı

ABŞ səfiri Bakıda qaçqın və məcburi köçkünlərə yardım məsələsini müzakirə edib

ABŞ 1993-cü ildən bəri Azərbaycanda qaçqın və məcburi köçkün icmalararına 115 milyon dollar yardım göstərib

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ 1993-cü ildən bəri Azərbaycanda qaçqın və məcburi köçkün icmalararına yardım məqsədilə 115 milyon dollardan çox vəsait ayırıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bunu ABŞ səfiri Robert Sekuta Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) Azərbaycan nümayəndəliyinə yeni təyin olunmuş rəhbəri Furio De Angelis ilə görüşdə deyib.

Görüşdə səfir qaçqın və məcburi köçkünlərə yardım məsələsini, eləcə də Azərbaycanda ABŞ və BMT arasında olan əməkdaşlığı müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi