Amerika səfiri: "Bakıda işə başlamağı səbrsizliklə gözləyirəm"

Amerika səfiri: "Bakıda işə başlamağı səbrsizliklə gözləyirəm" Bakı. 7 mart. REPORT.AZ/ ABŞ səfiri kimi səlahiyyətlərimin icrasına başlamağı səbrsizliklə gözləyirəm.
Xarici siyasət
7 Mart , 2019 21:36
Amerika səfiri: Bakıda işə başlamağı səbrsizliklə gözləyirəm

Bakı. 7 mart. REPORT.AZ/ "ABŞ səfiri kimi səlahiyyətlərimin icrasına başlamağı səbrsizliklə gözləyirəm".

“Report” xəbər verir ki, bunu Birləşmiş Ştatların Azərbaycana gələn yeni səfiri Li Littsenberqer hava limanında jurnalistlərə açıqlamasında deyib.

"Mən və həyat yoldaşım burada olmaqdan məmnunuq. ABŞ səfiri kimi səlahiyyətlərimin icrasına başlamağı, ölkənizin rəsmi şəxsləri, mədəniyyəti ilə tanış olmağı səbrsizliklə gözləyirəm. Mən ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi və dərinləşməsini gözləyirəm", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi