ABŞ səfiri: "Bakı-Tbilisi-Qars xəttinin açılışı Avrasiya üzrə daha güclü ticarət və nəqliyyat əlaqələrinin yaradılmasında mühüm addımdır"

ABŞ səfiri: "Bakı-Tbilisi-Qars xəttinin açılışı Avrasiya üzrə daha güclü ticarət və nəqliyyat əlaqələrinin yaradılmasında mühüm addımdır" Robert Sekuta: "Bu layihə Böyük İpək Yolu layihəsinin son dərəcə vacib komponentidir"
Xarici siyasət
30 Oktyabr , 2017 10:12
ABŞ səfiri: Bakı-Tbilisi-Qars xəttinin açılışı Avrasiya üzrə daha güclü ticarət və nəqliyyat əlaqələrinin yaradılmasında mühüm addımdır
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars layihəsinin açılışı bütün Avrasiya üzrə daha güclü ticarət, kommersiya və nəqliyyat əlaqələrinin yaradılmasında mühüm addımdır".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.

"Bu layihə Böyük İpək Yolu layihəsinin son dərəcə vacib komponentidir. Bu mənada Azərbaycan və Gürcüstanın coğrafi mövqelərinin vacibliyini nəzərə almaq lazımdır", - səfir qeyd edib.

Xatırladaq ki, tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir. Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi