ABŞ səfiri: “Azərbaycanın humanitar addımı bölgədə tərəqqiyə xidmət edir”

ABŞ səfiri: “Azərbaycanın humanitar addımı bölgədə tərəqqiyə xidmət edir” “ABŞ münaqişə zamanı Azərbaycan tərəfinin saxladığı 15 Ermənistan vətəndaşını sərbəst buraxmasını alqışlayır”.
Xarici siyasət
14 İyun , 2021 14:47
ABŞ səfiri: “Azərbaycanın humanitar addımı bölgədə tərəqqiyə xidmət edir”
0 : 00
0 : 00

“ABŞ münaqişə zamanı Azərbaycan tərəfinin saxladığı 15 Ermənistan vətəndaşını sərbəst buraxmasını alqışlayır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın prosesdəki rolunu yüksək qiymətləndirib: “Bu addımlar regionda sabitliyin təminatına və tərəqqiyə xidmət edir. Bu həm də bölgənin üç ölkəsinin birgə çalışmaqla nə əldə edə biləcəyinin göstəricisidir. ABŞ belə uğurlu nəticədən qürur duyur”.

Son xəbərlər

Orphus sistemi