ABŞ səfiri: "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır"

ABŞ səfiri: "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır" "Azərbaycan bir çox strateji məsələləri nəzərə alaraq vacibdir və bu gün onun siyasi çəkisi artır"
Xarici siyasət
28 Mart , 2018 13:49
ABŞ səfiri: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta / Report/ Orkhan Azim

Bakı. 28 mart. REPORT.AZ/ "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır."

"Report"un verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunmuş "AmCham Azerbaijan" aylıq işgüzar şam yeməyində bəyan edib.

Səfirin sözlərinə görə, Azərbaycan bir çox strateji məsələləri nəzərə alaraq vacibdir və bu gün onun siyasi çəkisi artır.

R.Sekuta əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması və Ələtdə limanın tikintisi "Yeni İpək Yolu"nun əsas hissələridir.

Onun sözlərinə görə, Azərbaycan əsasən müsəlman əhalisi olan dünyəvi dövlət kimi, ekstremizm və terrorizmlə mübarizənin parlaq nümunəsidir, beynəlmiləlçilik və tolerantlıq nümayiş etdirir. 

Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Sekuta problemin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi