Yuxarı

ABŞ səfiri: "Azərbaycan dünyada kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir"

Bu gün Azərbaycan kommunikasiya və informasiya texnologiyalarının regional mərkəzinə çevrilir

Bakı. 13 aprel. REPORT.AZ/ "Azərbaycan dünyada kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir". "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən "İnformasiya əsrində milli təhlükəsizlik" konfransında bildirib. 

"Bu gün Azərbaycan kommunikasiya və informasiya texnologiyalarının regional mərkəzinə çevrilir və ABŞ ölkənin bu istiqamətdəki fəaliyyətini dəstəkləyir", - səfir qeyd edib. R.Sekuta ölkələrin informasiya və kibertəhlüksizliyinin təmin olunması üçün əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi