ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək"

ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək" Bakı. 29 may. REPORT.AZ/ Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Xarici siyasət
29 May , 2018 18:57
ABŞ rəsmisi: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək

Bakı. 29 may. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək".

"Report"un məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2018” sərgisinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, ABŞ lap əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib: "Bu layihə faydalıdır və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. Bu, hələ başlanğıcdır. Baxmayaraq ki, ABŞ bu layihədə iştirak etmir. Amma mənim ölkəm hər zaman bu layihəyə dəstək verib".

S.Oudkirk vurğulayıb ki, ABŞ dəhliz boyunca yerləşən tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi