ABŞ nümayəndələri İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı Azərbaycanda səfərdə olub

ABŞ nümayəndələri İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı Azərbaycanda səfərdə olub Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu noyabrın 13-dən 16-dək Azərbaycanda səfərdə olub.
Xarici siyasət
16 Noyabr , 2018 17:10
ABŞ nümayəndələri İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı Azərbaycanda səfərdə olub

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu noyabrın 13-dən 16-dək Azərbaycanda səfərdə olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qrupun üzvləri hökumət rəsmiləri və biznes dairələrinin liderləri ilə görüşüblər. 

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu səfər ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılan görüşlər silsiləsindən ən sonuncusu olub.

Məlumata görə, nümayəndə heyəti suallara cavab verib, ABŞ-ın İranın aqressiv, stabilliyi pozan davranışını hədəf alan və rəsmi Tehranın davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini izah ediblər. Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər ediblər.

Son xəbərlər

Orphus sistemi