ABŞ mətbuatında Azərbaycan səfirinin Ermənistanı ittiham edən məqaləsi yayılıb

ABŞ mətbuatında Azərbaycan səfirinin Ermənistanı ittiham edən məqaləsi yayılıb ABŞ-ın “Washington Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Pandemiya Dağlıq Qarabağ regionunda həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır” adlı məqaləsi dərc olunub.
Xarici siyasət
20 May , 2020 10:42
ABŞ mətbuatında Azərbaycan səfirinin Ermənistanı ittiham edən məqaləsi yayılıb

ABŞ-ın “Washington Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Pandemiya Dağlıq Qarabağ regionunda həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır” adlı məqaləsi dərc olunub. 

“Report” xəbər verir ki, məqalədə özündə Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin müşahidəçi olaraq Macarıstanı birləşdirən Türk Şurasının bölgədə effektiv əməkdaşlıq formatına çevirildiyi vurğulanıb.

Bundan başqa, Azərbaycanda idarəçilik sahəsində islahatların aparılması, texnokrat liderlərin ölkədə mühim vəzifələrə cəlb edilməsi barədə məlumat verilib. Səfir həmçinin ABŞ Prezidenti Donald Trampın 28 may - Respublika Günü münasibətilə Azərbaycan Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın suverenlik və müstəqilliyinə güclü dəstək ifadə olunduğunu nəzərə çatdırıb. 

Müəllifin fikrincə, pandemiya regiondakı Ermənistan-Azərbaycan münaqişəsi kimi bəzi problemləri də işıqlandırıb. Səfir regiondakı müsbət dəyişikliklərə baxmayaraq, Ermənistanın təhlükəli status-kvonu saxlamağa davam etdiyini vurğulayıb. Məqalədə Ermənistan xarici işlər nazirinin münaqişənin həllində destruktiv yanaşmasından da bəhs edilib.

Səfir Elin Süleymanovun fikrincə, Ermənistan formal müstəqilliyini hələ də suverenliyə çevrilməyib. Hərbi və iqtisadi sahədə xaricdən asılı qalan Ermənistan özünütəcrid nəticəsində regiondakı bir çox inteqrasiya proseslərindən uzaqda qaldığı vurğulanıb.

Məqalədə qeyd olunub ki, Ermənistan antisemitizm və nasistlərlə əməkdaşlıqla əlaqədar mənfi reputasiyaya malikdir. Ona görə də qonşulara olan güvənsizlik bu ölkə üçün ən təhlükəsiz seçimə çevrilib. 

Səfir E.Süleymanov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışan zaman bir çox məcburi köçkündən ermənistanlı qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitdiyini bildirib. O, həmçinin Azərbaycanın Dağlıq Qarabağ icmasının da eyni mövqedə olduğunu vurğulayıb. Səfirin fikrincə, erməni liderlər bu xoş məramdan imtina etməkdənsə, sülh haqqında düşünməlidirlər.  

Son xəbərlər

Orphus sistemi