Yuxarı

ABŞ konqresmeni Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndirib

Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 12-də ABŞ konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün konqresmen Maykl Törner (Michael R. Turner) bəyanatla çıxış edib. "Report"un məlumatına görə, bəyanatda konqresmen Maykl Törner xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib.

Amerikalı koqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla işləməyə davam etdirilməsinin vacibliyini qeyd edib.

Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi