Yuxarı

ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat verib

M.Bordallo, 20 yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirib

BAKI. 28 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 26-da Konqresdə bəyanatla çıxış edib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, M.Bordallo, 20 Yanvar hadisələrini keçmiş sosialist ölkələrindəki demokratik hərəkatın başlanğıcı kimi diqqətə çatdırıb.

O, 20 yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirib.

M.Bordallo, hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda kütləvi qətliam törətdiyini bəyan edib. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və bu proseslərin ölkəmizin azadlığını əldə etməsi ilə nəticələndiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi