ABŞ Konqresi 10 üzvünün Azərbaycan səfəri ilə bağlı səsləndirilən ittihamları əsassız adlandırıb

ABŞ Konqresi 10 üzvünün Azərbaycan səfəri ilə bağlı səsləndirilən ittihamları əsassız adlandırıb Konqres üzvləri rəsmi icazə əsasında Bakıya səfər ediblər
Xarici siyasət
1 Avqust , 2015 08:39
ABŞ Konqresi 10 üzvünün Azərbaycan səfəri ilə bağlı səsləndirilən ittihamları əsassız adlandırıb

Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının Etika Məsələləri üzrə Komitəsi 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edən 10 konqresmenin Azərbaycana ödənişli səfər etdiyinə və bahalı hədiyyələr aldığına dair iddiaları əsassız sayıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Washington Post” qəzetinin may ayında dərc etdiyi xəbərdə qeyd olunurdu ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) guya 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəyib. Qəzet iştirakçılar arasında prezident Barak Obamanın keçmiş yüksək səviyyəli yardımçılarından da 3 nəfər olduğuna diqqət çəkmişdi.

Lakin Etika Məsələləri üzrə Komitənin hesabatında vurğulanır ki, Konqres üzvləri rəsmi icazə əsasında Bakıya səfər ediblər və bütün xərclərin yerli qurumlar tərəfindən ödəndiyindən xəbərsiz olublar.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma komitədə üç ay davam edib.

Son xəbərlər

Orphus sistemi