Yuxarı

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib

Konqresmen Stiv Kohen 20 Yanvar Faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən "Report"-a verilən məlumata görə, bəyanatda Azərbaycanda “Qara yanvar” kimi anılan faciənin dünyanın hansı hissəsində olmasından asılı olmayaraq hər bir azərbaycanlı üçün kommunizm zülmündən qurtuluş, ölkəmizin müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi deyilir.

Konqresmen Kohen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş Sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 130 nəfərin qətlə yetirildiyi, habelə yüzlərlə insanın yaralandığı və itkin düşdüyünü bildirmişdir.

Konqresmen Kohen Sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan etmişdir.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, habelə ölkədə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd etmişdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi