ABŞ-ın paytaxtı Vaşinqtonda Xocalı faciəsini əks etdirən lövhələr asılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda Xocalı faciəsini əks etdirən lövhələr asılıb Vaşinqtonda “Xocalı Azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” lövhələri asılıb
Xarici siyasət
25 Fevral , 2021 22:00
ABŞ-ın paytaxtı Vaşinqtonda Xocalı faciəsini əks etdirən lövhələr asılıb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı Azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb.

"Report" xəbər verir ki, 25 və 26 fevral tarixlərində davam edəcək bu yayım şəhərin mərkəzində - Ağ Ev, Konqres binası, Vaşinqton abidəsi, milli parklar və memorial abidələri və digər görkəmli məkanlarda nümayiş etdirilir.

Lövhələr əsasən paytaxtın əsas nəqliyyat dayanacaqları və yol qovşaqlarında, şəhər sakinlərinin, qonaqların və turistlərin sıx olduğu yerlərdə yayımlanır.

Son xəbərlər

Orphus sistemi