​ABŞ-ın Patterson şəhərinin vitse-meri Deriya Taskin: "Heç bir beynəlxalq məhkəmə 1915-ci il hadisələrini soyqırım kimi tanımayıb"

​ABŞ-ın Patterson şəhərinin vitse-meri Deriya Taskin: "Heç bir beynəlxalq məhkəmə 1915-ci il hadisələrini soyqırım kimi tanımayıb" Vitse-mer qondarma erməni soyqırımının tanıdılmasına qarşı çıxıb
Xarici siyasət
30 Aprel , 2016 04:26
​ABŞ-ın Patterson şəhərinin vitse-meri Deriya Taskin: Heç bir beynəlxalq məhkəmə 1915-ci il hadisələrini soyqırım kimi tanımayıb

Bakı. 30 aprel. REPORT.AZ/ABŞ-ın Nyu-Cersi ştatının Patterson şəhərinin vitse-meri Deriya Taskin qondarma erməni soyqırımının tanınmasına qarşı çıxıb. Vitse-mer hətta bu məqsədlə lobbiçilik fəaliyyəti ilə də məşğul olmağa başlayıb. "Report"un məlumatına görə, bu barədə "NJ.com" nəşri yazıb.

Nəşrin məlumatına görə, Deriya Taskin qondarma erməni soyqırımının tanınmasının əleyhinə olduğunu bildirib.

O, bazar ertəsi Miçiqan ştatında dünya tarixinin və sosiologiyanın dərsliklərinə qondarma erməni soyqırımı məsələsinin əlavə edilməsinə qarşı açıq məktubu dərc etdirib.

"Yüz ildən də əvvəlki hadisənin mübahisəli tarixini Miçiqan məktəblərində öyrətmək lazım deyil. Heç bir beynəlxalq məhkəmə 1915-ci il hadisələrini soyqırım kimi tanımayıb. 173 ölkə, BMT və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Komissarlığı da bəyan ediblər ki, bu soyqırım deyildi", - deyə Deriya Taskin yazıb.

O, həmçinin bildirib ki, Türkiyə və Azərbaycan 1915-ci il hadisələrinin soyqırım kimi tanınmasının əleyhinədirlər. 

Qeyd edək ki, İnkişaf naminə Türk institutunun sədri Deriya Taskin meriya və şəhərin türk icması arasında əlaqələrə kömək etmək üçün vitse-mer təyin edilib.  

Son xəbərlər

Orphus sistemi