ABŞ-da Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunan geniş tədbir keçirilib

ABŞ-da Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunan geniş tədbir keçirilib Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Nevada ştatının Henderson şəhərində yerləşən, bu ştatın ən böyük sinaqoqlarından olan Ner Tamid Sinaqoqunda Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinə həsr olunan geniş tədbir təşkil edilib.
Xarici siyasət
8 Fevral , 2019 11:45
ABŞ-da Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunan geniş tədbir keçirilib

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Nevada ştatının Henderson şəhərində yerləşən, bu ştatın ən böyük sinaqoqlarından olan Ner Tamid Sinaqoqunda Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinə həsr olunan geniş tədbir təşkil edilib.

"Report" xəbər verir ki, tədbiri Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və Ner Tamid sinaqoqu birgə təşkil edib.

Sinaqoqun baş ravvini Sanford Akselrad Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri, həmçinin Azərbaycan-İsrail münasibətlərinə həsr olunan bu önəmli tədbirə evsahibliyi etmələrindən məmnun olduqlarını bildirib.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkənin müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 1918-ci ildə Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir.

Bundan başqa, N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.Baş konsul çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında danışaraq, Azərbaycan torpaqlarının müdafiəsində ölkəmizin yəhudi vətəndaşlarının da iştirak etdiyini və hətta onlardan biri, 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı olduğunu diqqətə çatdırıb.

Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə həmçinin Azərbaycanda mövcud olan dinlərarası harmoniyaya həsr olunmuş film də nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi