Floridada hər il 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunacaq

Floridada hər il 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunacaq ABŞ-ın Florida ştatından olan senator Anet Tadio (Annette Taddeo) Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.
Xarici siyasət
201
23 Oktyabr , 2021 08:38
Floridada hər il 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunacaq

ABŞ-ın Florida ştatından olan senator Anet Tadio (Annette Taddeo) Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Bəyannamə imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, senator sənədi Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib.

O, bəyannamədə 18 oktyabr tarixinin Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” kimi qeyd olunmasına qərar verdiyini açıqlayıb.

A.Tadio ölkəmizin müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Floridada fəaliyyət göstərən Azərbaycan icmasının aktiv fəaliyyətindən məmnunluğunu dilə gətirən senator 2006-cı il oktyabrın 26-da yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb.

A.Tadio ABŞ-da yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını və Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi