ABŞ-ın daha bir şəhər meri azərbaycanlıları təbrik edib

ABŞ-ın daha bir şəhər meri azərbaycanlıları təbrik edib ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.
Xarici siyasət
183
7 Oktyabr , 2021 11:28
ABŞ-ın daha bir şəhər meri azərbaycanlıları təbrik edib

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, şəhər meri sənədi Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib.

O, ölkənin 30 illik müstəqilliyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Özünü Azərbaycanın dostu adlandıran mer 2006-cı il oktyabrın 26-da yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Azərbaycan icmasının aktivləri ilə görüşən mer Hallandeyl-Biç şəhərinin onlara ev sahibliyi etməsindən qürur hissi keçirdiyini deyib.

C.Kuper ABŞ-da yaşayan azərbaycanlıların öz milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını və Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini bildirib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi