ABŞ-ın daha beş şəhərində Azərbaycan Milli Günü elan olunub - FOTO

ABŞ-ın daha beş şəhərində Azərbaycan Milli Günü elan olunub - FOTO ABŞ-ın Şimali Karolina ştatının beş böyük şəhərində (Şarlot, Durham, Feyetvill, Apeks, Qrin) 28 may tarixinin Azərbaycan Respublika Günü kimi elan olunması haqqında bəyannamə imzalanıb.
Xarici siyasət
260
27 May , 2021 01:18
ABŞ-ın daha beş şəhərində Azərbaycan Milli Günü elan olunub - FOTO

ABŞ-ın Şimali Karolina ştatının beş böyük şəhərində (Şarlot, Durham, Feyetvill, Apeks, Qrin) 28 may tarixinin Azərbaycan Respublika Günü kimi elan olunması haqqında bəyannamə imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-da yeni fəaliyyətə başlamış “Azərbaycan Dostluq Təşkilatı”nın səyləri nəticəsində imzalanan bəyannamələrdə ölkəmizin tarixi keçmişindən, ABŞ-da yaşayan Azərbaycan diasporunun uğurlu fəaliyyətlərindən bəhs olunub.

“Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, Klemson Universitetinin məzunu, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbal şəhər merləri ilə görüşüb və bəyannamələri təhvil alıb.

A.İqbal onlara ölkəmizin zəngin tarixi keçmişi, adət-ənənələri haqqında məlumatlar verib, Şimali Karolina ştatında yaşayan Azərbaycan icmasının fəaliyyətlərindən bəhs edib.

Təşkilat rəhbəri qəbul olunan bəyannamələrin ABŞ- Azərbaycan dostluq əlaqələrinin daha da qüvvətlənməsinə təkan verəcəyini deyib.

Şəhər merləri isə öz növbəsində Şimali Karolinada yaşayan Azərbaycan icmasına ev sahibliyi etdikləri üçün qürurlu olduqlarını dilə gətiriblər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi