Robert Sekuta: "ABŞ-ın Azərbaycanla əlaqələri davam edəcək"

Robert Sekuta: "ABŞ-ın Azərbaycanla əlaqələri davam edəcək" "Azərbaycanla təhlükəsizlik, energetika, iqtisadiyyatın şaxələnməsi, korrupsiya ilə mübarizə sahəsində uzunmüddətli əməkdaşlığımız var"
Xarici siyasət
9 Noyabr , 2016 11:41
Robert Sekuta: ABŞ-ın Azərbaycanla əlaqələri davam edəcək

Bakı. 9 noyabr. REPORT.AZ/ "ABŞ prezidentliyinə namizədlərdən hələlik heç biri öz gələcək siyasətini tam müəyyənləşdirməyib". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti seçiləcək namizəd yanvarın 20-nə qədər davam edəcək keçid müddətində bunu müəyyən edəcək. 

R.Sekuta bildirib ki, ABŞ-ın Azərbaycanla əlaqələri davam edəcək: "Bizim Azərbaycanla uzunmüddətli əməkdaşlığımız var. Bu, əsasən təhlükəsizlik, energetika, iqtisadiyyatın şaxələnməsi, korrupsiya ilə mübarizə sahəsində olub". 

Son xəbərlər

Orphus sistemi