ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla bağlı xəbərdarlıq yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla bağlı xəbərdarlıq yayıb ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciət edənləri koronavirusla bağlı xəbərdar edib.
Xarici siyasət
181
3 Fevral , 2020 13:17
ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla bağlı xəbərdarlıq yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciət edənləri koronavirusla bağlı xəbərdar edib.

“Report” xəbər verir ki, səfirliyin “Facebook” səhifəsində yerləşdirilən açıqlamada qeyd olunur:

“ABŞ prezidentin rəsmi müraciətinə əsasən, qeyri-ABŞ vətəndaşları və ABŞ-da yaşayış hüququna malik olmayan şəxslərın Çinə səfər etdikləri son gündən növbəti 14 gün ərzində ABŞ ərazisinə səfərləri dəyandırılır. Bu qayda Honkonq və Makaoya səfərdə olan şəxslərə şamil edilmir. Əgər siz Çində yaşayır, yaxınlarda Çinə səfər etmiş və ya ABŞ-a planlaşdırılan səfərinizdən əvvəl Çinə səyahət etmək istəyirsinizsə, ABŞ-a səyahət üçün viza müsahibəsini Çindən gəldikdən ən azı 14 gün sonraya təxirə salmağınızı tövsiyə edirik”.

Son xəbərlər

Orphus sistemi