ABŞ-ın Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-ın Azərbaycandakı səfirliyi işçi axtarır
Xarici siyasət
236
27 Noyabr , 2019 11:15
ABŞ-ın Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-ın Azərbaycandakı səfirliyi “Protocol Assistant” (Protokol xidmətləri üzrə köməkçi) vəzifəsinə vakansiya elan edib.

“Report” xəbər verir ki, bu vəzifəyə iddialı olan şəxslərin Azərbaycan, ingilis və rus dillərini bilmələri tələb olunur.

Vakansiya ilə bağlı Azərbaycan vətəndaşları və xarici vətəndaşlar müraciət edə bilərlər. 

İş vaxtı həftədə 40 saat olan vəzifə üçün il ərzində 32,011 ABŞ dolları maaş ödənilir.

Vakansiya ilə bağlı müraciət üçün son tarix 4 dekabr 2019-cu ildir.

Son xəbərlər