Yuxarı

ABŞ-ın Azərbaycandakı səfiri Vaşinqtonda ABŞ-ın diplomatik missiyalarının rəhbərlərinin konfransında iştirak edib

ABŞ səfirləri qarşısında prezident Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri çıxış edib

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Vaşinqtonda ABŞ-ın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərinin konfransında iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, ABŞ səfirləri qarşısında prezident Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri çıxış edib. Onlar Amerika diplomatiyasının əhəmiyyətini vurğulayaraq xidmətlərinə görə səfirlərə təşəkkür ediblər.

"Diplomatiyaya sadiqliyimizi, həllolunmaz kimi görünən münaqişələrin həlli üçün göstərdiyimiz səyləri tənqid edənlər də var. Amma həqiqət ondan ibarətdir ki, münaqişələr və müharibələr öz-özünə bitmir. Razılaşmalar öz-özünə əldə olunmur. Bütün bunlar diplomatiya yoluyla əldə edilir", - deyə Obama konfransda çıxışı zamanı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi