ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə gedib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə gedib R.Sekuta Gəncə şəhərində məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanıb
Xarici siyasət
19 İyun , 2017 12:19
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə gedib

Gəncə. 19 iyun. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncə şəhərinə səfər edib.

"Report"un Qərb bürosunun məlumatına görə, səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev səfiri salamlayaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib.

Gəncədə Amerika hökumətinin dəstəyi ilə inşa edilən meydançalara və gələcək əməkdaşlığa görə təşəkkür edib.

ABŞ səfiri səmimi qarşılanmaya görə təşəkkür edib. 

O, bildirib ki, Gəncəyə səfərinin məqsədi şəhərin mərkəzi kitabxanasınada “Amerika güşəsi”nin yenidən açılış tədbirində iştirak etmək, Birləşmiş Ştatların beynəlxalq inkişaf agentliyi tərəfindən Gəncədə həyata keçirilən yardım proqramları ilə bağlı ətraflı fikir mübadiləsinin aparılmasıdır. Səfir vurğulayıb ki, bu güşə azərbaycanlılara Amerika ilə təmas qurmaq, vacib bacarıqlar əldə etmək və dil öyrənmək baxımından əhəmiyyətli bir məkandır.

R.Sekuta Gəncə şəhərində məcburi köçkünlərin həyat şəraiti ilə də maraqlanıb. Gəncə şəhərinə səfərlərində onlarla bir neçə dəfə görüşdüyünü deyib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə məcburi köçkünlər üçün iki qəsəbə salınıb. Birinci qəsəbəyə 1600-ə yaxın ailə , ikinci qəsəbəyə isə 700 ailə köçürülüb. Dövlət tərəfindən onlar üçün bütün lazımi şərait yaradılıb. Onlar daima dövlətin dəstək və qayğısı ilə əhatə olunurlar.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi